E-nuts

Xidmət Şərtləri

E-nuts online mağazasından alış veriş etməklə, siz istifadəçilər üçün olan bu Xidmət Şərtləri ilə razılaşmış olursunuz (“Xidmət Şərtləri”).

      Xahiş edirik, E-nuts online mağazasından istifadə etməzdən əvvəl aşağıdakı Xidmət Şərtlərini diqqətlə oxuyun. Əgər Xidmət Şərtləri ilə razı deyilsinizsə, E-nuts online mağazasından istifadə etməməyinizi xahiş edirik. Bu Xidmət Şərtləri E-nuts online mağazasından hər hansı bir istifadəyə və bunun əsasında bağlanmış Alqı-satqı müqavilələrinə şamil edilir.

      İstehlakçıların tətbiq olunan qanunvericiliklə müəyyən edilmiş ləğvetmə hüquqları E-nuts tərəfindən məhdudlaşdırıla bilər. Aşağıdakılar daxil olmaqla, bəzi məhsullar istehlakçıların ləğvetmə və qaytarma hüququndan qanunla istisna edilə bilər:

·       Təbiətinə görə yenidən satışa çıxarılması mümkün olmayan və ya tez bir zamanda korlanan və ya köhnələn digər məhsullar

·       Təbiətinə görə təhvil alındıqdan sonra digər məhsullardan ayrılmaz hala gələn məhsullar

·       İstifadəçi spesifikasiyalarına və təlimatlarına uyğun olaraq fərdi sifarişlə hazırlanmış və ya istehsal edilmiş məhsullar.

      Bu o deməkdir ki, siz öz ləğvetmə hüququnuza istinad edərək, məsələn, qida məhsullarını satın alındıqdan sonra geri qaytara bilməyəcəksiniz. Bu cür pərakəndə məhsullar üzrə sifarişinizi təsdiq etdikdən sonra ,onu geri ala, ləğv edə və ya dəyişdirə bilməyəcksiniz. Sifariş verməzdən əvvəl seçiminizi diqqətlə nəzərdən keçirin.

      E-nuts online mağazasından istifadə etmək üçün istifadəçi E-nuts.az saytında qeydiyyat qaydalarına əməl edərək istifadəçi hesabı yaratmalıdır. Hesabı qeydiyyatdan keçirmək üçün istifadəçi adı və şifrənizi yaratmağı və adınızı, ünvanınızı, e-poçt nömrənizi və ən azı bir etibarlı ödəmə üsulu kimi müəyyən şəxsi məlumatları təqdim etməyinizi tələb edir. Hesabınızdakı dəqiq, tam və yenilənmiş məlumatları saxlamağa razılıq verirsiniz. Şəxsi məlumatlarınızın necə emal edildiyinə dair əlavə məlumat üçün E-nuts mağazasının Məxfilik Siyasətinə baxmağınızı xahiş edirik. E-nuts online mağazasının məlumatları şəxsidir. İstifadəçi hər hansı bir istifadəçi hesabı məlumatlarının və istifadəçinin və ya müştəri təşkilatının istifadəçi hesabına daxil olmaq üçün tələb olunan ekvivalent məlumatların konfidensial saxlanmasını və üçüncü tərəflərin əldə edə bilməyəcəyi təhlükəsiz bir şəkildə istifadə edilməsini təmin etməlidir. İstifadəçinin yalnız bir şəxsi istifadəçi hesabı ola bilər. Hesabınızı silmək istəyirsinizsə, aşağıdakı əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlayın.

      Hər hansı səlahiyyətsiz şəxsin istifadəçinin istifadəçi hesabı məlumatlarından xəbərdar olduğundan və ya istifadəçinin istifadəçi hesabına daxil olmasından şübhələnildiyi təqdirdə, İstifadəçi bu barədə dərhal E-nuts`a məlumat verməlidir. İstifadəçi E-nuts online mağazasından hər hansı istifadə üçün və istifadəçinin istifadəçi hesabındakı hər hansı fəaliyyəti üçün cavabdehdir.

      E-nuts online mağazasından istifadə etmək üçün siz etibarlı kredit kartı və ya digər ödəniş vasitəsi məlumatlarını E-nuts       `a təqdim etməlisiniz. E-nuts, ödəniş vasitənizin məlumatlarını yaddaşda saxlamır, çünki bu E-nuts tərəfindən istifadə edilən üçüncü tərəf olan ödəniş xidməti təminatçısı tərəfindən yerinə yetirilir. Siz müştəri təşkilatının hesabına E-nuts`da iş funksiyası vasitəsilə edilən alışlar istisna olmaqla, E-nuts online mağazasından istifadə etməyinizlə əlaqədar bütün alqı-satqılar üzrə ödəniş etməyə razılaşırsınız. Siz istifadəçi hesabınıza təqdim etdiyiniz kredit kartı və digər ödəniş məlumatlarını yenilənmiş şəkildə saxlamalısınız.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Şəkil
  • SKU
  • Reytinq
  • Qiymət
  • Stock
  • Availability
  • Səbətə əlavə et
  • Təsvir
  • Məlumat
  • Weight
  • Ölçülər
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the compare bar
Müqayisə
Compare ×
Let's Compare! Continue shopping