E-nuts

Çatdırılma və Ödəniş

Sifariş məbləğindən asılı olmayaraq ödənişsiz çatdırılma
E-nuts.az böyük məmnuniyyətlə bütün sifarişləri ödənişsiz çatdırmağı təklif edir.
Ödənişsiz çatdırılma Bakı şəhəri(Bakı kəndləri istisna olunmaqla) üzrə təsdiqlənmiş bütün sifarişlərə şamil olunur. Hər hansı kupona və yaxud endirim koduna ehtiyac yoxdur!

Bakı kəndləri üçün sifariş məbləğindən asılı olmayaraq çatdırılma qiyməti 3 AZN-dir.

Bütün sifarişlər 24 saat ərzində çatdırılır.

Sürətli çatdırılma
Əgər sifarişiniz sizə daha tez lazımdırsa, o zaman biz sizə 3 saat ərzində çatdırılma təklif edə bilərik. Bakı vaxtı ilə saat 18:00 qədər təsdiqlənmiş sifarişlərə ekspress çatdırılma tətbiq oluna bilər. Ekspress çatdırılma xidməti sifarişdən əlavə olaraq hesablanır və tariflər aşağıdakı kimidir:

  • Bakı şəhəri üzrə 5 AZN
  • Bakı kəndləri üzrə 8 AZN

Ödəniş
Mağazamızda yaratdığınız bütün sifarişləri aşağıdakı 2 üsul ilə ödəyə bilərsiniz.

  • Sifariş məbləğini öncədən bizim bank hesabımıza Avans yolu ilə köçürmək və ödəniş qəbzini bizə göndərməklə
  • Kredit və ya debet kartları vasitəsilə. Ödənişlər Payriff ödəniş sistemi vasitəsilə keçir. Proses tamamilə sadə və təhlükəsizdir.

Çatdırılma üçün sərf olunan zaman
Çatdırılma üçün sərf olunan zaman bir neçə faktordan asılıdır(sifarişin göndərildiyi anbardan, sifarişinizin xüsusiyyətindən, hava şəraitindən, tıxaclardan və s). Sifarişinizin hansı anbardan göndərilməsindən və yaxud sifarişinizin xüsusiyyətindən asılı olmayaraq biz sifarişlərinizi sizə çatdırmağa səbirsizlənirik.

Çatdırılma prinsiplərimiz
Biz sizin sifarişlərinizin ən qısa müddətdə icra olunmasının əhəmiyyətini başa düşürük. Biz özümüz də, müştəri kimi online məhsullar sifariş edirik və onların bizə dərhal çatdırılmasını istəyirik. Sizin sifarişlərinizi də icra edərkən daima bunu ağlımızda tuturuq və sifarişlərinizi ən qısa müddətdə paketləyib göndəririk.
Biz çatdırılma ödənişlərindən gəlir əldə etmirik, ümumiyyətlə çatdırılma və qablaşdırma xərclərinin müştəriyə yüklənməsinə qarşıyıq.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Şəkil
  • SKU
  • Reytinq
  • Qiymət
  • Stock
  • Availability
  • Səbətə əlavə et
  • Təsvir
  • Məlumat
  • Weight
  • Ölçülər
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the compare bar
Müqayisə
Compare ×
Let's Compare! Continue shopping